Metronun bütün stansiyalarında QR bilet sistemi QURAŞDIRILDI – RƏSMİ 

Metronun bütün stansiyalarında QR bilet sistemi QURAŞDIRILDI – RƏSMİ 

Hazırda oxunan: Metronun bütün stansiyalarında QR bilet sistemi QURAŞDIRILDI – RƏSMİ 

171411

"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gedişhaqqını ödəmək imkanı yaradılıb.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər.
Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO