DYP-dən bayram günləri ilə bağlı sürücülərə ÇAĞIRIŞ 

DYP-dən bayram günləri ilə bağlı sürücülərə ÇAĞIRIŞ 

Hazırda oxunan: DYP-dən bayram günləri ilə bağlı sürücülərə ÇAĞIRIŞ 

171290

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma ilə bağlı müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Bayram günləri ərəfəsində paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində nəzərəçarpacaq artım müşahidə edilir. Lakin bir sıra hallarda bu sahədə müəyyən olunmuş qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. 
Baş Dövlət Yol Polisi İdərəsi şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlar üzrə sərnişinlərin təhlükəsiz daşınması məqsədilə bir daha bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirilməsini, uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasını, sürücülərin reysqabağı tibbi müayinəsinin aparılmasına və avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir. 

Sərnişinlərdən isə öz təhlükəsizliklərinə biganə qalmamaq, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərindən istifadə etməmək xahiş olunur. 

Xatırladırıq ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onların da reysqabağı tibbi müayinədən keçirilməsi mümkünsüz olur".  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO