Bayramla əlaqədar ictimai obyektlər yoxlanıldı

Bayramla əlaqədar ictimai obyektlər yoxlanıldı

Hazırda oxunan: Bayramla əlaqədar ictimai obyektlər yoxlanıldı

171268

Fövqəladə Hallar Nazirliyi (FHN) bayramla əlaqədar insanların kütləvi şəkildə üz tutacaqları ictimai obyektlərdə yoxlama keçirib.

Bizim.Media xəbər verir ki, nəzarət-yoxlama tədbirlərini FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirib.

Təhlükəsizlik tələblərinin yoxlanılması məqsədi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə üz tutacaqları istirahət və əyləncə mərkəzlərinə baxış keçirilib.
Həmçinin, parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO