Polis Qubada əməliyyat keçirdi - 2 nəfər tutuldu - FOTO

Polis Qubada əməliyyat keçirdi - 2 nəfər tutuldu - FOTO

Hazırda oxunan: Polis Qubada əməliyyat keçirdi - 2 nəfər tutuldu - FOTO

171237

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.

Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir.

Həmin şəxslər qrup şəklində Quba rayonuna əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 1 kiloqramdan artıq narkotik vasitəni aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO