Qaxda külək ictimai obyektlərə və təsərrüfatlara ziyan vurub - FOTO 

Qaxda külək ictimai obyektlərə və təsərrüfatlara ziyan vurub - FOTO 

Hazırda oxunan: Qaxda külək ictimai obyektlərə və təsərrüfatlara ziyan vurub - FOTO 

171196

Şimal - Qərb bölgəsində əsən şiddətli külək Qax rayonunda da bəzi fəsadlara yol açıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Ağçay kənd Mərdan Məmmədov adına ümumorta məktəbinin, Qaşqaçay kənd tam orta məktəblərinin, Qaxbaş kənd uşaq bağçasının dam örtükləri zədələnib.

Eləcə də şəhər ərazisində bir neçə çoxmərtəbəli binanın dam örtüyünün və sahibkarlıq obyektlərinin dam örtüklərinin bir hissəsini külək uçurub. Müxtəlif ərazilərdə irigövdəli ağaclar aşıb.

Ümumilikdə dəyən ziyan hesablanır və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO