Zaqatalada külək şam ağaclarını AŞIRDI – FOTO  

Zaqatalada külək şam ağaclarını AŞIRDI – FOTO  

Hazırda oxunan: Zaqatalada külək şam ağaclarını AŞIRDI – FOTO  

171173

Zaqatala şəhər ərazisində küləkli hava səbəbindən iki ədəd irigövdəli şam ağacı kökündən aşıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində aşan ağaclardan biri yaxınlıqdan keçən Bakı şəhər sakini 30 yaşlı Abbas Neftullayevin yaxınlığına düşüb. 

Qorxu və həyəcan keçirən Abbas Neftullayev üçün təcili tibbi yardım briqadası çağırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ağacın aşması səbəbindən Heydər Əliyev prospektindən şəhərin digər istiqamətinə avtomobillərin hərəkəti dayandırılıb.
Müvafiq təşkilat nümayəndələri yola yıxılan ağacı kəsərək ərazini təmizləyiblər. Mütəxəssislərin verdiyi məlumata görə, bu gün küləkli hava şəraitində Zaqatala şəhəri Heydər Əliyev prospektində iki irigövdəli şam ağacının aşmasının səbəblərindən biri də ərazidə yolun kənar hissəsində səkidə aparılan təmir işləridir. 

Belə ki, ağacların olduğu hissədə yağış və çirkab sularının axıdılması üçün kanal yenidən tikilir.

Demək olar ki, 100 metr ərazidə kanal tikintisi üçün xəndək qazılıb. Bu da irigövdəli ağacların kökündə boşalmalar əmələ gətirib. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO