Bulvarda gəzinti gəmilərinin fəaliyyəti niyə DAYANDIRILIB? – RƏSMİ AÇIQLAMA

Bulvarda gəzinti gəmilərinin fəaliyyəti niyə DAYANDIRILIB? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bulvarda gəzinti gəmilərinin fəaliyyəti niyə DAYANDIRILIB? – RƏSMİ AÇIQLAMA

171138

Tarixən Xəzərdə ticari əlaqələr və başqa ölkələrə səyahət məqsədilə üzən gəmilərdən sonradan, sadəcə, dənizi gəzmək üçün də istifadə edildi. Dənizkənarı Bulvara dincəlmək üçün gələn insanlar müəyyən saatlarda həmin gəmilər vasitəsilə dənizi gəzmək imkanı əldə edirdilər. Lakin bir müddətdir Xəzərdə bu gəmiləri görmək mümkün deyil. Gəmilərin fəaliyyətinin dənizdə suyun səviyyəsinin azaldılmasına görə, 2022-ci il oktyabr ayından etibarən dayandırıldığı bildirilir. Gəmilərin fəaliyyət müddəti dövründə standart 5 AZN ödəməklə gəmilərlə yarım saat ərzində səyahət etmək mümkün idi.

Hazırda Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytında 450 yerlik “Mirvari” və 60 yerlik “Şəfəq” gəmilərinin saat 16:00 və 23:00 arası qrafikinin olduğu haqqında məlumat qalmaqdadır. Amma fəaliyyət dondurulub.

Bəs, həmin gəmilərin fəaliyyəti nə zaman bərpa olunacaq?

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.Media-ya açıqlamasında bunun ekoloji məsələyə bağlı olduğunu deyib:

“Gəmilərin heç birində problem yoxdur. Onlar hər il texniki baxışdan keçirilir və işlək vəziyyətdədirlər. Sadəcə, dənizdə suyun səviyyəsi azalıb və biz təhlükəsizlik baxımından gəmiləri suya çıxarmırıq. Dəniz suyunun nə qədər azalmasını bilmirik, amma təhlükəsizlik baxımından belə addım atılıb. Ola bilər ki, yeni marşrut xətti olsun, bununla bağlı danışıqlar aparılır. Bunlar hələki ehtimaldır. Bu, məhz ekoloji məsələ olduğuna görə, tam cavab verə bilmirik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO