Sürət qatarlarında GECİKMƏ – Yüzlərlə sərnişin YOLDA QALDI 

Sürət qatarlarında GECİKMƏ – Yüzlərlə sərnişin YOLDA QALDI 

Hazırda oxunan: Sürət qatarlarında GECİKMƏ – Yüzlərlə sərnişin YOLDA QALDI 

171091

Bu gün səhər 07:00-dan 07:45-dək Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən bütün qatarlar dayanıb. 

Bizim.Media xəbər verir ki, nəticədə yüzlərlə sərnişin dayanacaqların platformasında qalıb. 

Yalnız saat 08.00 radələrində qatarların hərəkəti qismən bərpa edilib.

İlkin ehtimala görə qatarların dayanmasının səbəbi güclü küləyə görə elektrik verilişində yaranan problem olub. Hazırda bütün dayanacaqlarda və Bakı sərnişin stansiyasında sıxlıq var. 
Əldə etdiyimiz məlumata görə, digər istiqamətdə hərəkət edən qatarların işində də problem yaranıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO