Olimpiada, fənn müsabiqələri və festival qalibləri mükafatlandırılıb - FOTO

Olimpiada, fənn müsabiqələri və festival qalibləri mükafatlandırılıb - FOTO

Hazırda oxunan: Olimpiada, fənn müsabiqələri və festival qalibləri mükafatlandırılıb - FOTO

171077

Şəki-Zaqatala Regional Təhsil İdarəsi yola saldığımız ildə bölgə üzrə müxtəlif olimpiada, fənn müsabiqələrinin qaliblərini mükafatlandırıb. 

Bizim.Media-nın yerli bürosu regional təhsil idarəsinə istinadən bildirir ki, 2023-cü il Şəki-Zaqatala bölgəsinin təhsil həyatı üçün çox uğurlu olub. 

Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumi təhsil məktəblərində təhsil alan şagirdlər il ərzində Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən bir sıra olimpiada, müsabiqə və festivallarda fəal iştirak edib, onların bir çoxu bu yarışların qalibi olub.

Çıxışlardan sonra təltif və mükafatların təqdim olunmasına başlanılıb. Diqqətə çatdırılıb ki, “SAF 2023” – Beynəlxalq STEAM Azərbaycan Festivalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumi təhsil məktəblərindən olan komandalar böyük uğura imza atıb, 33 məktəbli və 15 mentor müəllim qalib gələrək, medallara layiq görülüblər.

Tədbirdə, həmçinin Lütfi Zadə adına məntiq olimpiadasında, fənn müsabiqələrində qalib gəlmiş məktəblilərə, elm və təhsil nazirinin müvafiq əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və "Fəxri fərman” ilə təltif olmuş müəllimlərə mükafatlar təqdim olunub.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO