Deputatdan repetitorlara SƏRT REAKSİYA – “Vergiyə cəlb olunmurlar”

Deputatdan repetitorlara SƏRT REAKSİYA – “Vergiyə cəlb olunmurlar”

Hazırda oxunan: Deputatdan repetitorlara SƏRT REAKSİYA – “Vergiyə cəlb olunmurlar”

171024

“Bizdə orta məktəblərdə müəllimlər tədris etdikləri dərsin keyfiyyətinə uyğun əməkhaqqı alırlar. Müəllimlik peşəsindən yaxşı peşə yoxdur. Müəllimlər yayda üç ay məzuniyyətdə olurlar, tətil günləri var, həftənin iki günü işləmirlər, gün ərzində bir neçə saat dərs deyəndən sonra sərbəst qalırlar. Müəllimliyin bu üstünlükləri var”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Etibar Əliyev məktəblərdə kişi müəllimlərin say azlığından danışarkən deyib. 

Deputat ölkədə repetitorluqla məşğul olan müəllimlərin vergiyə cəlb olunmadığını bildirib:

“Dünyanın heç bir ölkəsində Azərbaycan qədər müəllimə sərbəst şəkildə repetitorla məşğul olmaq imkanı verilmir. Yəni başqa ölkələrdə vergilərə cəlb olunurlar. Uşaqlar 10-11-ci siniflərdə dərsdən yayınırlar və müəllimlər sərbəst şəkildə dərsə gəlməyən şagirdlərə repetitorluq edirlər. Dərsdən yayınma hallarına hamı göz yumur ki, müəllimin maaşı azdır və o, mütləq repetitorluqla məşğul olmalıdır”.

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO