Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ  

Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ  

Hazırda oxunan: Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ  

170967

Dekabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Əsasən Böyük Qafqazın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO