Şimal-Qərb bölgəsində güclü külək hansı fəsadlar TÖRƏDİB? 

Şimal-Qərb bölgəsində güclü külək hansı fəsadlar TÖRƏDİB? 

Hazırda oxunan: Şimal-Qərb bölgəsində güclü külək hansı fəsadlar TÖRƏDİB? 

170925

Ötən gündən başlayaraq Şəki-Zaqatala rayonlarında güclü külək əsib, bəzi infrastuktura ziyan dəyib.

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometerologiya Müəssisəsinə istinadən bildirir ki, külək ötən gün başlasa da axşam saatlarında daha da güclənib. Belə ki, gecə saatlarında küləyin sürəti bəzən saniyədə 58-60 metrə kimi artıb. 

Şimal-Qərb regional elektrik şəbəkəsindən verilən məlumata əsasən gözlənilən hava şəraiti ilə əlaqədar bölgənin bir sıra rayonlarında baş verə biləcək təhlükənin qarşısını almaq məqsədi ilə elektrik enerjisinin verilməsi dayandırılıb.
Səhər saatlarından etibarən rayon elektrik şəbəkələrinin təmir briqadaları yerlərə ezam edilib,  sakinlərin müraciəti əsasında xətlərə baxış keçirilir.  

Bu arada güclü külək Oğuz rayonunun mərkəzində bir sıra fəsadlara səbəb olub. Oğuz şəhəri Səməd Vurğun küçədində 150 sakinin yaşadığı dördmərtəbəli binanın dam örtüyü uçub. Həmçinin Oğuz şəhərinin girişində yol boyu bir neçə elektrik dirəyi yıxılıb.

Təmir briqadaları artıq hadisə yerindədir və dirəklərin bərpası istiqamətində iş aparılır. 

Hazırda bölgə rayonlarında küləyin sürəti bir qədər zəifləsə də arada bir əsməkdə davam edir.  


Tural Rasim oğlu,  Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO