Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı kişi bıçaqlanıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.
Bizim.Media
![Maştağada ailə dramı: Qız atasını bıçaqladı Maştağada ailə dramı: Qız atasını bıçaqladı](https://bizim.media/file/articles/2023/12/26/1703567796_1649055609_ma.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 26.12.2023
Maştağada ailə dramı: Qız atasını bıçaqladı
Hazırda oxunan: Maştağada ailə dramı: Qız atasını bıçaqladı
Hazırda oxunan: Maştağada ailə dramı: Qız atasını bıçaqladı
170785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.