İraqın paytaxtı Bağdadda xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin ölümündən sonra imkanlı olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, dünyasını dəyişən dilənçinin evində aparılan axtarışlar zamanı 400 min dollara yaxın pul və xeyli qızıl tapılıb.
Belə ki, dilənçinin ölümündən sonra onun iki bacısı mərhumun şəxsiyyət vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar. Onlar bacılarına məxsus pul və qızılları avtomobilə yükləyərkən məhəllə muxtarı tərəfindən hadisə yerinə polis çağırılıb. Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb.
Polis ölən qadının bacılarını saxlayıb.
Bizim.Media