Avqustun 29-da Ağdaş rayon sakini Çinarə İsmayılovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yasamal rayon prokurorluğu yayıb.
İstintaqla Yadigar Mirzəyevin Bakı Metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında tanışı Çinarə İsmayılovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Yadigar Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 25.12.2023
Bakıda tanıdığı qadını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Bakıda tanıdığı qadını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Bakıda tanıdığı qadını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA
170720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.