“Daha ədalətli, daha sağlam bir dünya qurmalıyıq”

“Daha ədalətli, daha sağlam bir dünya qurmalıyıq”

Hazırda oxunan: “Daha ədalətli, daha sağlam bir dünya qurmalıyıq”

17071

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaranması dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Həmin ildən bəri dünyanın 194 ölkəsi təşkilata üzv qəbul olunub.

Bizim.Media xəbər verir ki, 1950-ci il 7 aprel tarixindən başlayaraq hər il Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq keçirilir.

Ölkəmizdə sağlam həyat rifahının inkişafı dövlətin daima diqqət mərkəzindədir. Elə buna görədir ki, hazırda Azərbaycan səhiyyə sistemində əsaslı dəyişikliklər gedir.

Əhalinin tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq üçün İcbari Tibbi Sığortaya keçid buna əyani sübutdur.

Bundan əlavə Azərbaycan hal-hazırda tüğyan edən koronavirus infeksiyası ilə mübarizədə öz töhvəsini verən ilk dövlətlərdəndir.

Buna nümunə olaraq Azərbaycanın ÜST-ə 30 milyon ABŞ dolları həcmində könüllü maliyə yardımı, 30-dan çox ölkəyə humanitar maliyə yardımını və s. göstərmək olar.

Qeyd edək ki, artıq iki ildir ki, COVID-19 pandemiyası şəraitində qeyd olunan Ümumdünya Sağlamlıq Günü bu il diqqəti “Daha ədalətli, daha sağlam bir dünya qurmaq” şüarı ilə sağlam gələcək naminə birgə səy göstərməyə səsləyir.

Xəyalə Həsənova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO