Agentlikdən gündəm olan inəklə bağlı AÇIQLAMA - VİDEO  

Agentlikdən gündəm olan inəklə bağlı AÇIQLAMA - VİDEO  

Hazırda oxunan: Agentlikdən gündəm olan inəklə bağlı AÇIQLAMA - VİDEO  

170701

Özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı qurumun rəsmisi Mayis Musayev "Facebook" səhifəsində yazıb.

"Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib. 

Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. Belə ki, inəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib.

Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb. 

2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib", deyə o, qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO