Kürdəmirdə bir nəfər dəm qazından boğuldu

Kürdəmirdə bir nəfər dəm qazından boğuldu

Hazırda oxunan: Kürdəmirdə bir nəfər dəm qazından boğuldu

170602

Bakıdan Kürdəmirə gələn qonaq dəm qazından boğulub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İsmayılov Bayram Əbülfəz oğlu qonaq gəldiyi evin hamam otağında yuyunarkən dəm qazından boğulub.

Yaxınları onu dərhal  təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlər dərhal xəstəni nəzarətə götürüb və ona ilkin tibbi yardım göstəriblər.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO