Bakı metrosunda sərnişin stansiya yoluna düşdü

Bakı metrosunda sərnişin stansiya yoluna düşdü

Hazırda oxunan: Bakı metrosunda sərnişin stansiya yoluna düşdü

170593

“Xalqlar dostluğu” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən stansiya yoluna düşüb.

Dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb, ona ilkin yardım göstərilib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb.
Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO