Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib.
Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib.
Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:35 / 06.04.2021
Yas mərasimi keçirənlər cərimələndi
Hazırda oxunan: Yas mərasimi keçirənlər cərimələndi
Hazırda oxunan: Yas mərasimi keçirənlər cərimələndi
17045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.