Daha bir marşrut xətti ilə hərəkət edən avrobus

Daha bir marşrut xətti ilə hərəkət edən avrobus "Bakubus"a VERİLDİ

Hazırda oxunan: Daha bir marşrut xətti ilə hərəkət edən avrobus "Bakubus"a VERİLDİ

170331

Dekabrın 24-dən 108A nömrəli müntəzəm marşrut üzrə sərnişindaşıma müasir tələblərə cavab verən avtobuslarla həyata keçiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, “Azadlıq prospekti” metrostansiyası - Fatmayı bağları marşrutu üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Belə ki, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 108A nömrəli avtobus marşrutu müsabiqəyə təqdim edilib. Keçirilən müsabiqədə "Bakubus" MMC qalib elan edilib və xəttin istismarı həmin daşıyıcıya həvalə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO