Ələt-Astara yolunun kənarından

Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı AŞKARLANIB 

Hazırda oxunan: Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı AŞKARLANIB 

170305

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində silah tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO