Ucarda velosipedçini və qadını maşın vurub - FOTO

Ucarda velosipedçini və qadını maşın vurub - FOTO

Hazırda oxunan: Ucarda velosipedçini və qadını maşın vurub - FOTO

170186

Ucarda gün ərzində iki yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, birinci hadisə bu gün səhər saatlarında şəhərin Elnur Hacıyev küçəsində baş verib.

"Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən velosipedçi, Ucar rayon sakini, 1972-ci il təvəllüdlü Elşad Ələkbərovu vurub.

İkinci hadisə isə axşam saatlarında şəhərin Koroğlu küçəsində qeydə alınıb. "Volkswagen" markalı minik maşını piyada, 1968-ci il təvəllüdlü Zümrüd İsmayıl qızı Musayevanı vurub.

Ağır xəsarət alan zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə xəstəxanada zəruri tibbi yardım göstərilib.

İlkin ehtimala görə, hadisəyə əsas səbəb küçənin işıqlandırılmaması olub.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO