Salyanda yol hərəkəti qaydalarını pozan sürücü SAXLANILDI - FOTO

Salyanda yol hərəkəti qaydalarını pozan sürücü SAXLANILDI - FOTO

Hazırda oxunan: Salyanda yol hərəkəti qaydalarını pozan sürücü SAXLANILDI - FOTO

169972

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində "VAZ-2107" markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat vasitəsində qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada tədbirlər görülən zaman isə sonuncu buna mane olaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
N.Babayev barəsində Salyan RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO