Teleqram ani mesajlaşma tətbiqində “PashaPay” şirkətinin məhsulu olan “m10”a aid saxta səhifələr yaradılıb. Dələduzlar vətəndaşların etimadından sui-istifadə edərək həvəsləndirici hədiyyə vədləri təklif edirlər.
Bizim.Media Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hədiyyənin əldə olunması üçün vətəndaşlardan müəyyən məbləğlərdə maliyyə vəsaiti tələb olunur.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:24 / 20.12.2023
Teleqramda saxta səhifələr yaradılıb - XƏBƏRDARLIQ
Hazırda oxunan: Teleqramda saxta səhifələr yaradılıb - XƏBƏRDARLIQ
Hazırda oxunan: Teleqramda saxta səhifələr yaradılıb - XƏBƏRDARLIQ
169935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.