Daxili İşlər Nazirliyi əhalidə qanunsuz saxlanılan odlu silah-sursatla bağlı növbəti maarifləndirici videoçarx hazırlayıb.
Bu barədə Bizim.Media-ya DİN-dən bildirilib.
Videoçarxda qeyd olunub ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir:
"Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik".
- A-
- A
- A+
Cəmiyyət
13:27 / 20.12.2023
DİN-dən qanunsuz silah-sursatla bağlı daha bir MÜRACİƏT - VİDEO
Hazırda oxunan: DİN-dən qanunsuz silah-sursatla bağlı daha bir MÜRACİƏT - VİDEO
Hazırda oxunan: DİN-dən qanunsuz silah-sursatla bağlı daha bir MÜRACİƏT - VİDEO
169917
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.