Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yollarında avtomobillərin hərəkət qaydası DƏYİŞDİ 

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yollarında avtomobillərin hərəkət qaydası DƏYİŞDİ 

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yollarında avtomobillərin hərəkət qaydası DƏYİŞDİ 

169864

Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yaranan avtomobil sıxlığı azalacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, Mərkəzin əməkdaşları ərazidə təhlillər aparıblar. Qeyd olunan kəsişmədə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də yaranan sıxlığı azaltmaq məqsədilə təkliflər hazırlanıb və icrası ilə bağlı aidiyyəti dövlət qurumundan müsbət rəy alınıb.
Belə ki, bundan sonra Əhməd Rəcəbli küçəsilə hərəkət edən avtomobillər yolda 3.19 (Geriyə dönmək qadağandır) nişanı quraşdırıldığından birbaşa geriyə dönə bilməyəcəklər. Onlar Təbriz küçəsi istiqamətinə hərəkət edib Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edə biləcəklər. Bununla yanaşı, Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində də yaranan sıxlığın qarşısını almaq üçün svetoforda əlavə sağa dönmə seksiyası quraşdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO