Prezidentin fərmanı ilə 3 yeni hərbi kollecin yaradılması onu deməyə əsas verir ki, biz tədricən müqavilə əsaslı ordu quruculuğuna keçməliyik.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, pensiyaya çıxmaq üçün xidmətkeçmə yaşının artırılması dünya standartlarında var:
“Müqavilə əsaslı ordu quruculuğuna keçəndə şəxs istəməsə, müqaviləni imzalamaya bilər. Hərbçilərin sosial təminatı məsələsi də həmişə diqqət mərkəzindədir".
Qeyd edək ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır. Hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 25 təqvim ilinə çatdırılması təklif olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 19.12.2023
Deputatdan TƏKLİF: "Müqavilə əsaslı ordu quruculuğuna keçməliyik"
Hazırda oxunan: Deputatdan TƏKLİF: "Müqavilə əsaslı ordu quruculuğuna keçməliyik"
Hazırda oxunan: Deputatdan TƏKLİF: "Müqavilə əsaslı ordu quruculuğuna keçməliyik"
169735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.