Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

169669

Bakının Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən 21 mərtəbəli binada başlayan yanğın söndürülüb.

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi Tural Zahidov deyib.

O bildirib ki, ümumi sahəsi 120 kvadratmetr olan qeyri-yaşayış obyektində baş verən yanğının genişlənməsinə imkan verilmədən söndürülüb:

“Bina və mənzillər yanğından mühafizə edilib. Ölüm və xəsarət alan yoxdur”.

***09:16

Bakıda çoxmərtəbəli yaşayış binası yanır. 

Bizim.Media xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb. 

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib. 
Hadisə yerinə yanğınsöndürənlər gəlib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO