Məsafəyə görə gediş haqqına Metropolitendən - ÖZƏL CAVAB

Məsafəyə görə gediş haqqına Metropolitendən - ÖZƏL CAVAB

Hazırda oxunan: Məsafəyə görə gediş haqqına Metropolitendən - ÖZƏL CAVAB

16957

İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiqinə başlanacağı ilə bağlı yazı dərc etmişdik. Mexanizmə əsasən, avtobus və metroda sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir. Sənədə əsasən bu sahədə “mütərəqqi beynəlxalq təcrübə” nəzərə alınacaq. Belə ki, qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişin eyni məbləği ödəməyəcək.

“Bakı Metropoliteni” QSC Bizim.Media-nın bununla bağlı rəsmi sorğusunu cavablandırıb.

Sorğunu olduğu kimi təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni TARİF mexanizmi - Sərnişinlər getdiyi yol qədər ödəniş edəcəklər? – RƏSMİ CAVAB


“İctimai nəqliyyatda yeni tarif mexanizmlərinin, o cümlədən gediş haqqının ödənilməsi sistemlərinin dəyişdirilməsi ilə bağlı məsələlərlə əlaqədar qaldırdığınız suala cavab olaraq bildiririk ki, Bakı metropolitenində gediş haqqı 2015-ci il avqust ayının 8-dən “BakıKart” vahid ödəniş sistemi ilə tətbiq edilir.

Həmçinin bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 12.02.2021-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəedilməsinə verilib.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində Müşahidə Şurası təsis edilib. 

Ölkə başçısının “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 30 mart 2021-ci il tarixli digər Sərəncamı ilə Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirməklə müəssisənin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək vəzifəsi Müşahidə Şurasına tapşırılıb.

Məlumat üçün bildiririk ki, “Bakı Metropoliteni” QSC hazırda gediş haqqının ödənilməsi qiymətlərinə yenidən baxılması ilə bağlı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına müraciət ünvanlamayıb”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO