“Bakıda 22 avtobus zolağı var. Lakin hamısının təkmilləşməsinə ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
O bildirib ki, bu gün Bakıda 180-ə yaxın marşrutu xətti var:
“Bütün bunlar təhlil edilib. Təhlillərin nəticəsi göstərir ki, onların yarısı yenilənməlidir. Bu, sərnişinlərə çətinlik yaratmayacaq. Sadəcə əhalinin rahatlığı üçün marşrutu xətlərinin təkmilləşməsi və marşrutların yarıya qədər azaldılması planlaşdırılır”.
“Avtobuslarla bağlı məsələdə maliyyələşmə mexanizminin qurulması planlaşdırılır.
Məqsəd əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir. Biz operatorların da xidmətini başa düşürük. Müasir avtobuslar və onların qiymətləri barədə də müzakirələr gedir. Burada da ən qabaqcıl praktikalardan istifadə edilir. Yəqin ki, növbəti ildən müasir növ avtobusların gətirilməsi həyata keçirilə bilər”, - deyə nazir müavini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 18.12.2023
Bakıda marşrutların sayı yarıya qədər AZALDILACAQ
Hazırda oxunan: Bakıda marşrutların sayı yarıya qədər AZALDILACAQ
Hazırda oxunan: Bakıda marşrutların sayı yarıya qədər AZALDILACAQ
169535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.