Ötən il ərzində ən uğurlu layihələrdən biri parkinq sahəsində görülən işlər olub.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
O, əlavə edib ki, artıq 17 mindən çox parklanma yeri təşkil olunub və proses başa çatmaq üzrədir:
"Biz daim mövcud parklanma yerini təhlil edəcəyik. Piyadaların mobilliyinin təminatı, skuter istifadəçilərinin velosiped yollarından istifadə etməsi üçün daha da rahat şəraitin yaradılması əsas hədəflərdəndir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 18.12.2023
Azərbaycanda 17 mindən çox parklanma yeri YARADILDI
Hazırda oxunan: Azərbaycanda 17 mindən çox parklanma yeri YARADILDI
Hazırda oxunan: Azərbaycanda 17 mindən çox parklanma yeri YARADILDI
169519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.