Polis Masallıda əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR - FOTO

Polis Masallıda əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR - FOTO

Hazırda oxunan: Polis Masallıda əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR - FOTO

169443

Masallıda yük avtomobilinin sürücüsündən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi yük avtomobilində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO