Kəlbəcərdə yük maşını çay yatağına aşdı - Sürücü öldü

Kəlbəcərdə yük maşını çay yatağına aşdı - Sürücü öldü

Hazırda oxunan: Kəlbəcərdə yük maşını çay yatağına aşdı - Sürücü öldü

169434

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S. Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO