Kommersiya məhkəmələrinə yeni səlahiyyət verilir

Kommersiya məhkəmələrinə yeni səlahiyyət verilir

Hazırda oxunan: Kommersiya məhkəmələrinə yeni səlahiyyət verilir

169316

Arbitraja münasibətdə məhkəmənin yardım funksiyaları və ərizənin verilməsi qaydası müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, məhkəmələr arbitraja münasibətdə aşağıdakı yardım funksiyalarını yerinə yetirəcəklər:

- Arbitrin təyin edilməsi ilə bağlı məsələlərin həlli;

- arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli;

- arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli;

- müvəqqəti təminat tədbirlərinin tətbiqi;

- sübutların təmin edilməsinə yardım.

Məhkəmənin yardım funksiyasının yerinə yetirilməsi ilə bağlı arbitraj sazişinin tərəfi, yaxud arbitraj məhkəməsi müraciət edə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO