Qadınlara evlilik vədi verib, adlarına kredit götürən Quba sakini SAXLANILDI – FOTO 

Qadınlara evlilik vədi verib, adlarına kredit götürən Quba sakini SAXLANILDI – FOTO 

Hazırda oxunan: Qadınlara evlilik vədi verib, adlarına kredit götürən Quba sakini SAXLANILDI – FOTO 

169303

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara otuz min manatdan artıq ziyan vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb.

C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onların ümumilikdə 30980 (otuz min doqquz yüz səksən) manat pulunu ələ keçirib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək də dələduzluq edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO