Ağstafada yük maşını YANDI

Ağstafada yük maşını YANDI

Hazırda oxunan: Ağstafada yük maşını YANDI

169270

Ağstafada yük avtomobilində yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Göycəli kəndində qeydə alınıb. 
Belə ki, hərəkətdə olan “Mercedes” markalı yük avtomobilinin kabinində və mühərrik hissəsində yanğın başlayıb. 

Dərhal hadisə yerinə FHN-nin Ağstafa rayon yanğından mühafizə xidmətinin yanğınsöndürmə maşınları və əməkdaşları cəlb olunublar. 
Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO