Şabranda şəhid gizirin xatirəsi məzarı başında YAD EDİLDİ – FOTO 

Şabranda şəhid gizirin xatirəsi məzarı başında YAD EDİLDİ – FOTO 

Hazırda oxunan: Şabranda şəhid gizirin xatirəsi məzarı başında YAD EDİLDİ – FOTO 

169188

Şabranın Gəndab kəndində şəhid Füzuli Salahovun anım mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 39 yaşında erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan gizir Füzuli Salahovun əziz xatirəsi məzarı başında anılıb. 

Həmkəndliləri, ailə üzvləri 2017-ci il dekabr ayının 13-də Füzuli rayonu ərazisində ermənilərin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan və dekabrın 15-də torpağa tapşırılan gizir Füzuli Salahovun xatirəsini hörmət və ehtiramla anıblar.

Qeyd edilib ki, 2003-cü ildən Azərbaycan, Silahlı Qüvvələrində xidmət edən Füzuli Salahov indiyədək 6 döyüş medalı ilə təltif olunub. O, hələ Ağdamda xidmət edərkən Prezident İlham Əliyev tərəfindən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal"ı ilə təltif olunub.
Ölümündən sonra isə F.Salahov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi Xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO