Bu gün YAP iclas keçirəcək - Prezidentliyə namizəd irəli sürüləcək

Bu gün YAP iclas keçirəcək - Prezidentliyə namizəd irəli sürüləcək

Hazırda oxunan: Bu gün YAP iclas keçirəcək - Prezidentliyə namizəd irəli sürüləcək

169111

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək. 

Bizim.Media xəbər verir ki, İdarə Heyətinin genişləndirilmiş iclası saat 10:00-da başlayacaq. 

Heydər Əliyev Mərkəzində keçiriləcək iclasda partiyanın növbədənkənar prezident seçkilərində namizədi irəli sürüləcək. 
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Bir neçə gün öncə YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO