Azərbaycanda azyaşlı qıza təcavüz edən şəxs həbs edildi - RƏSMİ

Azərbaycanda azyaşlı qıza təcavüz edən şəxs həbs edildi - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda azyaşlı qıza təcavüz edən şəxs həbs edildi - RƏSMİ

16909

Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar Neftçala Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.  
 

MÖVZU İLƏ BAĞLI:

Evinə gələn şagirdi ilə yatan kimya müəllimi tutuldu – FOTO-VİDEO


Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 

Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO