Bərdə sakininin evində 3 kiloqrama yaxın qurudulmuş marixuana AŞKAR EDİLİB - FOTO

Bərdə sakininin evində 3 kiloqrama yaxın qurudulmuş marixuana AŞKAR EDİLİB - FOTO

Hazırda oxunan: Bərdə sakininin evində 3 kiloqrama yaxın qurudulmuş marixuana AŞKAR EDİLİB - FOTO

168905

Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini İsrəfilov Seymur Allahverən oğlu saxlanılıb, həmin şəxsin yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO