Cəlilabadda örüş sahəsindən tapança AŞKARLANDI - FOTO

Cəlilabadda örüş sahəsindən tapança AŞKARLANDI - FOTO

Hazırda oxunan: Cəlilabadda örüş sahəsindən tapança AŞKARLANDI - FOTO

168883

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO