Hacıqabulda bələdiyyə sədri CƏRİMƏLƏNİB - FOTO

Hacıqabulda bələdiyyə sədri CƏRİMƏLƏNİB - FOTO

Hazırda oxunan: Hacıqabulda bələdiyyə sədri CƏRİMƏLƏNİB - FOTO

168878

Hacıqabul Rayon Polis Şöbəsinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Meyniman kəndi ərazisində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən kənd bələdiyyəsinin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
Bundan əlavə, həmin kənd ərazisində davam etdirilən nəzarət tədbirləri zamanı daha bir nəfər sakininin də eyni qayda pozuntusuna yol verdiyi müəyyən edilib.

Həmin şəxs barəsində də inzibati qaydada tədbirlər görülüb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO