Füzuli rayonunda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Füzuli rayonunda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Füzuli rayonunda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

168810

Xəbər verildiyi kimi cari il sentyabrın 24-də Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Füzuli rayon prokurorluğu yayıb.

İbtidai istintaqla 1984-cü il təvəllüdlü Süleyman Qasımovun arvadı Ruhanə Qasımovanın valideyinlərinin yaşadığı Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi ünvanında yerləşən evə qanunsuz daxil olması və həmin evdə aralarında yaranmış mübahisə zamanı sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Toplanmış sübutlar əsasında Süleyman Qasımova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO