Mingəçevirdə “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı - FOTO

Mingəçevirdə “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Mingəçevirdə “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı - FOTO

168751

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkum olunmuş şəhər sakini Azər Yusifov saxlanılıb. 

Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan A.Yusifov avtomatı bir neçə il əvvəl tapdığını və özündə saxladığını bildirib.

Həmin şəxsdən götürülən silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən avtomatın atəşə yararlı olduğu müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO