Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL

Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL

Hazırda oxunan: Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL

16875

 4 il sonra aktuallaşan “Tərtər” işi ilə bağlı məsələ hələ də gündəmdən düşmür. Tərtər hadisələri zamanı əsgərlərə və zabitlərə verilən işgəncələr ictimaiyyətdə ciddi müzakirə olunur. Ölənlərin və sağ qalanların ailələri sosial şəbəkələrdəki çıxışlarında hələ də baş verənlərdə günahkar olanların cəzalandırılması tələbiylə çıxış edirlər.

Ehtiyatda olan xidməti polkovnik Xuduyev Xudu Əyyub oğlu Bizim.Media-ya açıqlamasında Tərtər hadisələrində baş verənlərlə bağlı fikrini bildirib.


O deyib ki, son zamanlar hərbi həkim, zabit və qazilərimizə qarşı mediada gedən qərəzli çıxışlardan o da narahatdır:
 

“Əvvəlcə onu deyim ki, istər I Qarabağ, istərsə də II Qarabağ savaşında hərbi həkimlərimiz olduqca fədakar çalışıblar. Neçə həkim və feldşerlərimiz müharibənin qurbanı olublar. Sivil və müharibə aparan ölkələrdə düşmən həkimə, xəstə aparan sanitar maşına güllə atmamalıdır.


Amma dünyada millət olaraq analoqu olmayan ermənilər bizim həkimlərə güllə atmışdılar. Biz yeri gələndə bunu anlayırıq. Amma xaricdə oturub, həkimlərimizin fəaliyyətini kölgə altına salan ağzıgöyçəkləri isə anlamaq çətindir. Azərbaycandan min kilometrlərlə kənarda oturasan, döyüşdən xəbərin olmaya, 44 günlük şanlı zəfərimizə və həkimlərimizə ləkə atasan? Buna nə ad verəsən? Bu hərəkət Azərbaycan vətəndaşı kimi heç bir ölçüyə sığmır”. 

Hələ də ehtiyatda olan polkovnik kimi həkim fəaliyyətini davam etdirdiyini vurğulayan Xudu Xuduyev kimlərinsə günahsız yerə işgəncələr aldığını da istisna etməyib:

“Ola bilər, mən istisna etmirəm ki, kimlərsə günahsız yerə işgəncələr almayıb. “Tərtər” işində günahı olan və olmayanların analarını da anlayıram. O vaxt baş verən və deyilən hər bir şeyə inam vardı. Hərbidə tabeçilik və rəislik məsələsi var. Özü günahkar olub kiminsə ayağını dartanlar və təmiz adamları çirkabda batırmaq istəyənlər də az deyildi.
 

Amma bunların vaxtında araşdırmaq və təcili qarşısını almaqda Hərbi Prokurorluğun müstəsna əhəmiyyəti olub. Hərbi prokuror Xanlar Vəliyevin o vaxt anında hadisə yerinə gəlməsi, tapşırıqlar verməsini danmaq olmaz.


Hərbi hospitalda Hərbi Prokurorluq və DİN əməkdaşlarından ibarət gecə-gündüz növbətçilik sistemi təşkil olunmuşdu. Həkimlər isə xəstələrin başında, müalicə və müayinələrinin vaxtında, qaydasında getməsini təmin edirdilər. Səhhəti ağır olanları həyata qaytarmaq üçün əllərindən gələni edirdilər. Elələri var idi ki, ümumiyyətlə danışa bilmirdi. Bəlkə də onlarda elə məlumatlar var idi ki, Hərbi Prokurorluğun işinə yarayacaqdı. Təəssüflər olsun ki, aralarında həyatla uzlaşmayan işgəncə alanlar var idi. Onları xilas etmək mümkün olmadı. Hərbi Prokurorluq əməkdaşları və müstəntiqlər sayəsində gec də olsa, zabitləri günahsız yerə işgəncələrə məruz qoyanlar istintaqa cəlb olundu və öz cəzalarını aldılar”. 

Ehtiyatda olan polkovnik ictimaiyyətdə çaşqınlıq yaradılmaması ilə bağlı bir daha müraciət edib:
 

“Vətəndən uzaq olanlar tərəfindən xəyanətkar addımlar yalnız dövlətçiliyimizə xələl gətirə bilər. Yaralı qazilərimizdən, zabitlərimizdən və şəhid olmuş oğullarımızın ruhlarından utansınlar. Hərbçilərimizin fəaliyyətini kölgə altına salmaq vətəndaşlıq mövqeyinə sığmaz”.  


Xatırladaq ki, bu günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də “Tərtər” işi ilə bağlı Qurban Məmmədova və digərlərinə cavab olaraq açıqlama vermişdi. Deputat xəyanət edənlərin və işgəncə verənlərin cəzasız qalmayacağını bildirmişdi. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO