Bu gün yağan güclü yağış paytaxtda müəyyən fəsadlar yaradıb.
Bizim.Media-ya daxil olan məlumata görə, yağışdan ziyan görən obyektlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin üçüncü tədris korpusu olub. Belə ki, tədris korpusunun damından süzülən su dəhlizlərə damıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Cavid Hüseynov Bizim.Media-ya faktı təsdiqləyib:
“Universitetin müvafiq strukturları məsələdən xəbərdardır. Hazırda problemin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir”.
Surxay Atakişiyev, Bizim.Media