Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun korrupsiya əməlləri haqda bir çox media orqanlarında məlumatlar dərc edilib. Onun əsasən ölkənin Kütləvi İnformasiya Vasitələrini öz əlində cəmləşdirdiyi, jurnalistlərə tikilən binalarda maxinasiyalara yol verdiyi haqda kifayət qədər məlumatlar mövcuddur.
Həsənovunun ən yaxın adamlarından hesab olunan Vüqar Səfərlinin vəzifəsindən sui-istifadə etdiyinə görə həbs olunması bunun bariz sübutudur.
Lakin Əli Həsənov heç də media sahəsini məhv etməklə kifayətlənməyib. Onun yaxın qohumları tərəfindən idarə olunan bir çox şirkətlərində, korrupsiya əməllərinə yol verildiyi yavaş-yavaş üzə çıxır.
Bizim.Media Konkret.az-a istinadən xəbər verir ki, Əli Həsənovun dayısı oğlu Məmməd Cəfərova (Mamed və ya Məmmədəli kimi tanınır) məxsus Mehdi Hüseyn, 79 ünvanında yerləşən “Standart MMC 2005” şirkəti (hazırda “Azfin” kimi fəaliyyətdədir) nəhəng gəmilərin, təyyarələrin hissələrinin sökülüb satılması ilə məşğul olub.
Qeyd edək ki, şirkətin icraçı direktoru Xudatzadə Əhməd Fikrət oğludur. O, ixtisasca diş həkimidir. Əhməd Xudatzadə 1985-ci il dekabrın 19-da Bakı şəhərində anadan olub.
Şirkət Xəzər dənizində olan dəmirlərin satılmasında bu şirkət xüsusi rol oynayıb.
Apardığımız araşdırmalara görə, şirkətin işçiləri hazırda qanunsuz əməllərinə görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıblar. Lakin Həsənovun dayısı oğlu Məmməd Cəfərov koronavirusa yoluxduğunu bəhanə edərək, məsuliyyətdən yayınmağa çalışır.
Məlumata görə, şirkət daim Əli Həsənovun güclü dəstəyi ilə fəaliyyət göstərib. Onun vəzifədən azad edilməsindən sonra bu şirkətin qanunsuz əməlləri də yavaş-yavaş üzə çıxmaqdadır. Həm Əli Həsənovun yaxın qohumu Məmmədəli Cəfərov adlı şəxsin, həm də şirkətin digər vəzifəlilərinin adı milyonlarla pulun mənimsənilməsində və digər korrupsiya əməllərində hallanır.
Mənbənin məlumatına görə, hazırda həbsdə olan Vüqar Səfərli də Əli Həsənovun icazəsi ilə dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti mənimsəyib.
Qeyd edək ki, Məmməd Cəfərovun oğlu Mətin Cəfərov Bakı Baş Gömrük İdarəsində leytenant rütbəsində çalışır.
Qardaşı Famil Cəfərov CBC telekanlının təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışır.
Bizim.Media