"Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var".
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
“Valideynlər övladlarını düzgün qaydada peyvəndləməlidir ki, bir daha belə hallar yaşanmasın. Hazırda bütün məktəblərin distant təhsilə keçməsi düşünülmür. Böyük qapanmalar olacağı ehtimal edilmir. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər.
Ola bilər ki, yenə də ayrı-ayrı məktəblərdə və ya siniflərdə o hallar olsun. Bilirsiniz ki, bir məktəbdə belə hal olub. Hələlik riskli hallar müşahidə olunmur”, - deyə nazir bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:47 / 12.12.2023
Qızılcaya görə məktəblər distant təhsilə keçəcək? - Nazirdən AÇIQLAMA
Hazırda oxunan: Qızılcaya görə məktəblər distant təhsilə keçəcək? - Nazirdən AÇIQLAMA
Hazırda oxunan: Qızılcaya görə məktəblər distant təhsilə keçəcək? - Nazirdən AÇIQLAMA
168652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.