Uşaq bağçaları ilə bağlı MÜHÜM dəyişiklik – UNICEF rəsmisi AÇIQLADI 

Uşaq bağçaları ilə bağlı MÜHÜM dəyişiklik – UNICEF rəsmisi AÇIQLADI 

Hazırda oxunan: Uşaq bağçaları ilə bağlı MÜHÜM dəyişiklik – UNICEF rəsmisi AÇIQLADI 

168459

"Müddət və intensivlikdən danışırıqsa, yarımgünlük model də effektiv olar. 6-7 saat bu model tətbiq edilə bilər".

Bizim.Media xəbər verir ki, bunu "Məktəbəqədər təhsildə  keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq konfransda UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin erkən inkişaf üzrə mütəxəssisi Vidur Çopra deyib.

O bildirib ki, Azərbaycanda icma əsaslı məktəbəqədər təhsil nəzərə alına bilər: 

"Müxtəlif ailələr üçün müxtəlif modellər təmin olunmalıdır. Şaxələnmə ideyasının əsas qayəsi də budur.

UNICEF-də biz sistem əsaslı yanaşmanı tətbiq edirik: 

"Erkən uşaq inkişafı və məktəbəqdər təhsillə bağlı büdcə, maliyyələşmə, məsələyə baxış və işçi qüvvəsi önəmlidir. Əlbəttə ki, ailələrin rolunu istisna edə bilmərik. Ailələr nə dərəcə bu məsələni ciddiyə alır, buna baxmalıyıq. Bütün elementlər bir-biri ilə sıx bağlıdır. Oyun əsaslı kurikulum ola bilər. Ancaq müfəttiş monitorinq apararkən oyuna üstünlük verildiyini görsə, bu zaman effektli model olmayacaq. Bu amil sistemin digər elementlərinə təsir edəcək. Ona görə də balans və keyfiyyət olmalıdır".

Mütəxəssis həmçinin qeyd edib ki, məktəbəqədər təhsilin effektiv olması üçün qanunvericilik də önəmlidir:

“Məktəbəqədər təhsildə keyfiyyətin təminatında çeviklik olmalıdır. Keyfiyyətli inklüziv sistemdir və bu sistemə bütün uşaqlar şamil edilməlidir. Məcburi köçkünlər, əlillər, fiziki qüsurlu bütün uşaqlar prosesə cəlb edilməlidir".

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO